Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

EKSPERTLƏR ALİ MƏKTƏBLƏRİN ƏDV-DƏN AZAD OLUNMASINA TƏRƏFDARDIR

Etibar Əliyev: «Bundan əvvəl universitetlərin büdcə xərclərində şəfaflıq olmalıdır»

Qubad İbadoğlu: «Qanunun özəl məktəblərə də şamil edilməsi doğru olar»  



Ali təhsil müəssisələri əlavə dəyər vergisindən (ƏDV) azad oluna bilər. Bununla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb.

Məsələyə münasibətini açıqlayan təhsil naziri Misir Mərdanov bunu təqdir etdiyini deyib: “Mən də arzu edirəm ki, belə bir qanun qəbul olunsun. Bu, ali təhsil müəssisələrinin əlavə imkanlarını daha da artırar".
Qanun qəbul olunarsa, bunun özəl ali məktəblərə tətbiq olunub-olunmayacağı isə hələ ki, məlum deyil.
Qeyd edək ki, dünyanın bəzi ölkələrində bir sıra sahələrə - xüsusilə mədəniyyət, idman və təhsil sahəsinə, güzəştlər tətbiq edilir. Bunların inkişafı naminə sahələr vergilərdən azad olunur və ya vergilərin həcmi azaldılır.

Bəs, Azərbaycanda universitetlərin üzərindən ƏDV-nin götürülməsi təhsilin inkişafına nə dərəcədə təsir edəcək?

XXI Əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev Simsar.az-a açıqlamasında ali məktəblərin ƏDV-dən azad olunmasının aktual hesab etdiyini bildirib. Onun sözlərinə görə, bu cür qanun qəbul olunarsa, bu müsbət nəticələr verə bilər: «Amma ƏDV-nin ləğvindən də əvvəl ali məktəblərin büdcələrinin xərclənməsində şəfaflıq olmalıdır. Bu gün dövlətin təhsil ocaqlarına ayırdığı vəsait və tələbələrin ödədiyi məbləğ təhsilin keyfiyyətiin artırılmasına yönəlmir. Təhsil müəssisələrinin vəziyyəti acınacaqlıdır».

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da ali məktəblərin ƏDV-dən azad olunmasının tərəfdarıdır: «Bu ödənişli təhsildən alınan 18 faizin univeristetlərin özlərinin sərəncamına verilməsidir. Bu qanun qəbul olunarsa, ali məktəblər bu vəsaitin hesabına professor- müəllim heyətinin vəziyyətinin yaxşılaşmasına, universitetlərin maddi-texniki bazasının inkişafında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər».
İqtisadçının sözlərinə görə, qanun qəbul olunarsa, bu özəl təhsil müəssisələrində də şamil olunmalıdır: «Əks halda bu «mülkiyyət məsuliyyəti haqqında» qanunvericiliyə görə, ayrı-seçkilik hesab olunur».

Xatirə Nəsirli






20 Dekabr, 2012  20:52 Baxılıb: 1108 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner