Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AYB katibinin “xain” ittihamına Şərif Ağayardan - SƏRT REAKSİYA

“Ədalət Əsgəroğlu köhnə NKVD üsulu ilə işləyən adamdır”

ANS-də “Doğruya-doğru” verilişinin qonaqları olan yazarların mübahisəsi debatdan sonra daha da qızışıb. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Ədalət Əsgəroğlu mətbuata açıqlamasında yazar Şərif Ağayarı xəyanətkar adlandırıb.  

“Şərif Ağayar prezident təqaüdündən faydalanmaq üçün ərizə yazıb, Yazıçılar Birliyinə qayıtdı. İndi bu hərəkətin müəllifi olan Şərif Qan Turalıya xəyanətkar deyir. Əksinə, bu gün Qan Turalının daha çox haqqı var ki, Şərif Ağayara xəyanətkar desin. Çünki Şərif Ağayar üzvülükdən çıxıb gedən adamların hamısına xəyanət edib, Yazıçılar Birliyinə qayıtdı. Belə adamlar başqasına xəyanətkar deyəndə bir balaca məndə təəssüf doğurur”.

Ş.Ağayarın Ə. Əsgəroğluna cavabı gecikməyib. Ş.Ağayar Simsar.az-a bildirib ki, ANS-dəki veriliş zamanı Ə.Əsgəroğlu ilə fikirləri çəp gəlib və bu, onu o qədər qıcıqlandırıb ki, hirsini məni təhqir etməklə çıxmaq istəyib: “Ədalət Əsgəroğlu köhnə NKVD üsulu ilə işləyən adamdır. İndi isə o zaman deyil. Belə adamlara hazırda ironiya ilə yanaşırlar. Azərbaycanda ciddi ədəbiyyatla məşğul olanlar, həmçinin oxucular belə adamlara inamırlar. Onun açıqlamaları, zənnimcə mənim kimi hər kəs üçün gülüncdür”.

Simsar.az






20 Dekabr, 2012  20:09 Baxılıb: 835 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner