Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İranlı deputat dini diskriminasiyaya son qoyulmasını tələb edir

.

İran parlamentinin assuriyalı deputatı Yunatn Btklya 18 dekabr iclasında danışaraq radio və televiziya verilişlərində dini azlıqlara qarşı böhtan və təhqirlərə son qoyulmasını tələb edib.
Deputat dini azlıqlara qarşı təhqirlərə görə İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricaniyə dəfələrlə etiraz məktub yazdığını, ancaq hər hansı cavab almadığını deyib: “Mən İran Radio-Televiziya Təşkilatının rəisi İzzətullah Zərqamidən tələb edirəm ki, ölkədəki dini azlıqları təhqir edən verilişlərin yayılmasının qarşısı alsın və bu kimi hallara bir daha imkan verməsin. Bu gün İranda ilahi dinlərə qarşı təhqir dolu kitablar çap olunub yayılır. Mən həmçinin islami irşad və mədəniyyət nazirini bu hərəkətin qarşısını almaq üçün müəyyən tədbirlər görməyə çağırıram.
Təəssüflər olsun ki, İranda dini azlıqlara mənsub vətəndaşlara qarşı ayrı-seçkilik və məhdudiyyətlər davam etdirilir. Misal üçün, rəsmilər assuriyalıların hökumət idarə və orqanlarında işə götürülməsinin qarşısını alır, buna maneələr törədir. Belə bir hərəkət isə iqtisadi sıxıntıda yaşayanların xarici ölkələrə mühacirətinə səbəb olur”.






20 Dekabr, 2012  18:19 Baxılıb: 830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner