Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kimsəsiz uşaqlar üçün evlər tikiləcək

Bioloji valideyni olmayan 18 yaşına çatmış kimsəsiz uşaqlar üçün evlərin tikilməsi məsələsi gündəmdədir. Bu barədə jurnalistlərə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib

O bildirib ki, bütövlükdə internatda qalan uşaqların hamısına ev tikməyə ehtiyac yoxdur.

H. Rəcəblinin sözlərinə görə, amma bioloji valideyni olmayan kimsəsiz uşaqlar üçün evlərin tikilməsi gündəmdə olan məsələdir: “İmzalanması üçün ölkə başçısına təqdim edilmiş “Gənclər siyasəti haqqında” yeni qanunda evlərin tikilməsi haqqında müddəalar öz təsdiqini tapacaq. Bildiyiniz kimi, respublikanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qızlar üçün 20 mənzildən ibarət evlər tikilərək istifadəyə verilib. Bu qanunda uşaqların ordu sıralarına getməsi, peşə məktəblərində təhsil almaları kimi məsələlər öz əksini tapacaq. Azərbaycanda uşaq müəssisələrində qalan, eyni zamanda atılmış uşaqların sayı azalır. Son məqsəd budur ki, uşaq ailədə böyüsün. Biz on ildən sonra buna nail olmalıyıq. Onda belə uşaqların mənzil problemi də öz həllini tapmış olacaq”.






20 Dekabr, 2012  17:37 Baxılıb: 1138 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner