Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bayram satış yarmarkalarının yeri bəlli oldu

.

Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları təşkil olunacaq. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, yarmarkalar Bakı şəhərinin müxtəlif yerlərində təşkil olunacaq. Satış yarmarkaları İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərzaq və kənd təsərrüfatı mallarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə təşkil olunub.
Yarmarkalar 28-31 dekabr tarixlərində aşağıdakı ünvanlarda təşkil ediləcək:

Binəqədi rayonu - Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti;

Xətai rayonu - Bakı kinoteatrının yanı;

Nərimanov rayonu - Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi;

Nəsimi rayonu

- “Təzə bazar”ın ərazisi;

-3-cü mikrorayon, “Tovuz-Baltiya LTD”nin ərazisi;

Səbail rayonu - Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu - Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;

- Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı;

Yasamal rayonu - Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.

Xatirə






20 Dekabr, 2012  16:31 Baxılıb: 1218 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner