Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycandan 4,3 milyard dollar qanunsuz pul çıxarılıb

.

Azərbaycandan 2001-2010-cu illərdə qanunsuz yolla 4,288 mlrd. ABŞ dolları həcmində vəsait çıxarılıb. Bu barədə «Global Financial Integrity» (GFI, Qlobal Maliyyə Toxunulmazlığı) ictimai təşkilatının inkişaf etməkdə olan 150 ölkədən qanunsuz şəkildə çıxarılan vəsaitlərin həcmi ilə bağlı hesabatında bildirilir.

Hesabata əsasən, ölkədən qanunsuz yolla vəsaitlərin çıxarılmasının pik dövrü 2008-2010-cu illərə təsadüf edib – bu müddətdə Azərbaycandan xaricə 3,3 mlrd. dollar çıxarılıb.

GFI təşkilatı bu hesabatın tərtibatı zamanı həmin ölkələrin tədiyyə balansları və idxal-ixrac əməliyyatlarının həcmi ilə bağlı dövlət orqanlarının göstəricilərini müqayisə edib.

Hesablamalar nəticəsində məlum olub ki, 2001-2010-cu illərdə inkişaf etməkdə olan ölkələrdən qanunsuz çıxarılan vəsaitlərin ümumi məbləği 5,9 trln. dollar təşkil edib. Təkcə 2010-cu ildə 150 ölkədən 858,8 mlrd. dollar qanunsuz çıxarılıb. Bu, 2009-cu ilə nisbətən 13,6% çoxdur. Bu sahədə rekord göstərici 2008-ci ildə qeydə alınıb – 871,3 mlrd. dollar.

Araşdırmalara görə, son 10 ildə ən böyük pullar Çindən (2,74 trln. dollar) çıxarılıb. Qanunsuz pulların 2010-cu ildəki dövriyyəsinin təqribən yarısı (420 mln. dollar) da Çinin payına düşüb.

Hesabata əsasən, 2001-2010-cu illərdə Azərbaycandan qanunsuz yolla 4,288 mlrd. dollar çıxarılıb. Təşkilatın məlumatına görə, 2001-ci ildə ölkədən çıxarılan məbləğ 1 mln. dollar, 2002-ci ildə 87 mln. dollar, 2003-cü ildə 112 mln. dollar, 2004-cü ildə 50 mln. dollar, 2005-ci ildə 126 mln. dollar, 2006-cı ildə 256 mln. dollar, 2007-ci ildə 361 mln. dollar, 2008-ci ildə 845 mln. dollar, 2009-cu ildə 1,461 mlrd. dollar, 2010-cu ildə isə 990 mln. dollar təşkil edib.

Başqa sözlə, təşkilatın qənaətinə görə, 2001-2010-cu illərdə Azərbaycandan hər il orta hesabla qanunsuz yolla 429 mln. dollar çıxarılıb.

Qeyd edək ki, MDB ölkələri arasında qanunsuz vəsaitlərin həcminə görə ilk yeri Rusiya tutur – 10 ildə ölkədən qanunsuz yolla 152 mlrd. dollar çıxarılıb. Sonrakı yerləri Qazaxıstan (19,161 mlrd. dollar), Ermənistan (5,255 mlrd. dollar), Gürcüstan (4,773 mlrd. dollar), Ukrayna (4,604 mlrd. dollar), Azərbaycan (4,288 mlrd. dollar), Moldova (2,518 mlrd. dollar), Tacikistan (815 mln. dollar), Belarus (784 mln. dollar), Qırğızıstan (711 mlrd. dollar) tutub.

Başqa sözlə, Azərbaycan bu göstəriciyə görə MDB ölkələri arasında 6-cı yerdədir. Türkmənistandan 2001-2003-cü illərdə ümumilikdə 1,978 mlrd. dollar qanunsuz vəsait çıxarılıb. Sonrakı dövrlər üçün isə bununla bağlı informasiya yoxdur. Amma ilk 3 ilin orta göstərici kimi ildə 659 mln. dollar göstərilir. Özbəkistan üzrə isə belə məlumatlar ümumiyyətlə göstərilməyib.

GFI-nin direktoru Reymond Beyker bildirib ki, inkişaf etməkdə olan ölkələrdən çıxarılan çirkli pullar vergidən azad olan ofşor bölgələrə və inkişaf etmiş ölkələrin bank hesablarına axır.






20 Dekabr, 2012  16:28 Baxılıb: 984 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner