Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Kainat Gözəli” bəlli oldu - OLİVİYA KALPO

2012-ci ilin "Kainat Gözəli" titulunun sahibi məlum olub

Bu, 20 yaşlı "ABŞ Gözəli" Oliviya Kalpodur. 61-ci "Dünya Gözəli" müsabiqəsinin final mərhələsi ötən gün Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində baş tutub və dünyanın 100-dən çox telekanalı vasitəsilə canlı yayımlanıb. Ənənəyə görə, 2012-ci ilin dünya gözəli Oliviya Kalpo tacı ötən ilki dünya gözəli, Anqoladan olan Leyla Lopesin əlindən alıb. Müsabiqədə ikinci yeri "Filippin gözəli" Cenayna Tuqonon qazanıb. Üçüncü yerə isə Venesuela təmsilçisi İrene Sofiya Esser layiq görülüb.
Qeyd edək ki, Oliviya Kalpo 1997-ci ildən bəri "Kainat Gözəli" titulunu qazanan ilk ABŞ təmsilçisidir. Həmin vaxt bu ada amerikalı gözəl Bruk Li layiq görülmüşdü. Dünyanın əsas gözəllik müsabiqəsində ümumilikdə 89 təmsilçi iştirak edib. Qaydaya görə, müsabiqədə yalnız subay və uşaqları olmayan qızlar iştirak edə bilər. Bundan başqa, gözəllərin yaşı 18-dən az və 27-dən çox olmamalıdır.
"Kainat Gözəli" titulunun sahibi brilyant və mirvarilərlə bəzədilmiş və dəyəri 270 min dollar olan tac, Nyu-York kino və televiziya məktəbində təhsil almaq üçün 45 min dollarlıq qrant və 1 il Nyu-Yorkda yaşamaq və xeyriyyəçilik fəaliyyəti üçün məbləği açıqlanmayan illik maaş alır. "Dünya Gözəli" həmçinin Nyu-Yorkda dəbdəbəli mənzilə sahib olur. Qalib "Miss Yunivörs" təşkilatı ilə eksklüziv müqavilə imzalayır və müqaviləyə əsasən, növbəti il ərzində dünya ölkələrini gəzərək, təşkilatın maraqlarını təmsil etməli və xeyriyyə tədbirlərində iştirak etməlidir.
Qeyd edək ki, "Kainat Gözəli" müsabiqəsi 1960-cı ildən keçirilir. Onun əsasını çimərlik geyimləri istehsalçısı olan "Katalina Svimveər" şirkəti qoyub, sonradan milyarder Donald Tramp və "Si-Bi-Es" şirkəti də müsabiqənin keçirilməsi hüququnu alıb.






20 Dekabr, 2012  16:06 Baxılıb: 1129 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner