Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

YAP-ÇI DEPUTAT «QARABAĞ» BLOKUNA CAVAB VERDİ - REAKSIYA

“Ramiz Mehdiyevin istefasını tələb edən siyasilərin özləri postlarından getməlidilər”

“Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin istefasını tələb edən siyasi partiyaların rəhbərləri özləri postlarından istefa verməlidilər. Onların irəli sürdükləri mənasız tələbin heç bir məntiqi yoxdur». 

Bunu Simsar.az-a YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə "Qarabağ" blokunun bu gün keçirilən toplantısında qəbul olunan bəyanata münasibət olaraq bilidirib.

“Qarabag” blokunun bəyanatında bildirilib ki, istintaqın obyektiv aparılması üçün Prezident Adminstrasiyasənın rəhbəri və Korrupsiya və Rüşvətxorluğa qarşı mübarizə komisiyasının sədri cənab Ramiz Mehdiyevin tutduğu mövqedən istefa verməsi tələb olunur.

A.Mirzəzadə isə bildirir ki, ölkənin siyasi həyatına heç bir yenilik gətirməyən, fəaliyyəti konkret hadisələrə münasibətdən ibarət olan siyasi qüvvələrin uğur əldə etmək perspektivi yoxdur: «Azərbaycanda dövlətçiliyin qorunmasında Ramiz müəllimin xidmətləri danılmazdır. Onun güclü xarakteri, siması qarşısında müxalifətin olduqca cılız addımlar atmasını haradasa başa düşmək olar. Konkret məlum video görüntülərə gəldikdə isə bu məsələdə məsuliyyət daşıyan insanlar varsa, o da, bu oyunda iştirak edənlərdi. Bu videoların heç birində ciddi şəxslərin iştirak etmədiyi görünür. Stiuasiyadan istifadə etmək istəyənlər məlumdur. Orlar prokurorluğun apardığı istintaq işində cavab veriblər».

RUSLAN






20 Dekabr, 2012  15:37 Baxılıb: 983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner