Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Lənkəranda sahibkarlara trenniq keçirilib

.

Lənkəranda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər üçün “Korporativ idarəetmə” mövzusunda treninq keçirilib. İqtisadi İnkişaf Nazirliyindən Simsar.az-a verilən məlumata görə, treninq İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. 

Tədbirdə iştirakçılara Azərbaycanın korporativ idarəetmə standartları, korporativ idarəetmənin prinsip və metodları, şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri və s. barədə ətraflı məlumat verilib.

Həmçinin tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və onlardan istifadə qaydaları, bu portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

Fatimə Kərimli 






20 Dekabr, 2012  14:46 Baxılıb: 1127 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner