Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İstiqlal şairinin dünyaya gəlməsindən 139 il ötür

Əsasən şair kimi məşhur olan Ersoy siyasətdən dini həyata qədər bir çox sahələrdə fəaliyyət göstərib

Türk dünyasının İstiqlal şairi Mehmet Akif Ersoy 20 dekabr 1873-cü ildə Osmanlı dövlətinin paytaxtı İstanbulda dünyaya gəlib. Bir çox insanın sadəcə şair kimi tanıdığı Ersoy eyni zamanda baytar-həkim, müəllim, moizəçi, Quran hafizi, Quran tərcüməçisi, peşəkar üzgüçü həmçinin Türkiyə Cumhuriyyəti Türkiyə Böyük Millət Məclisinin 1-ci çağırış millət vəkillərindən olub. 

Mehmet Akif Ersoyun 1921-ci ildə yazdığı “İstiqlal Marşı” adlı əsər Türkiyə Cumhuriyyətinin “Dövlət himni” üçün keçirilən müsabiqənin qalibi oldu. Şair bu məqsədlə verilən 500 lirəlik mükafatı isə “Yaşıl Ay” xeyriyyə cəmiyyətinə bağışlayıb.

Müxtəlif vaxtlarda universitet müəllimi, jurnalist-yazıçı, redaktor, millət vəkili, din xadimi kimi fəaliyyət göstərən şair 1936-cı ildə İstanbulda vəfat edib.

Şairin yazdığı bütün şeirləri “Safahat” adlı 7 kitabda nəşr olunub. İstiqlal marşını “Safahat”a daxil etməyən şair bu hərəkətini, bu əsəri türk xalqı üçün yazması ilə izah edib. “İstiqlal Marşı”, “Çanaqqala Dastanı”, “Bülbül” və s. Mehmet Akif Ersoyun məşhur əsərlərindəndir.






20 Dekabr, 2012  13:35 Baxılıb: 1041 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner