Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Gürcüstanda bir qrup keçmiş məmur həbs edilib

.

Gürcüstanda böyük məbləğdə rüşvət, sənəd saxtalaşdırması, korrupsiya sxemlərinin yaradılması və başqa cinayətlərə görə keçmiş energetika və maliyyə naziri Aleksandr Xetaquri, keçmiş ədliyyə naziri Nikoloz Qvaramiya, iqtisadiyyat nazirinin müavini Kaxa Dameniya və başqaları həbs edilib.

Məlumata görə, sözügedən sxemdə həmçinin “İnter RAO EES” nümayəndələri ilə danışıqlarda iştirak edən və hal-hazırda həbsdə olan “Telasİ” Tbilisi enerji paylaşdırıcı şirkətinin rəhbəri Devi Kandelaki də iştirak edib. Qeyd edək ki, “Telasi”nin səhmlərinin 75% “İnter RAO EES”ə məxsusdur. Gürcüstan Baş Prokurorluğunda iddia edirlər ki, Xetaquri “Telasi”nin “on milyonlarla larini ölkə büdcəsinə ödəməməsi” üçün 1 milyon dollar rüşvət verməyə razılaşıb.

Müstəntiqlər 1 milyon dollar dəyərindəki “cinayətkar planın” hazırlanmasında Qvaramiyanın da iştirak etdiyini iddia edirlər.

Xatırladaq ki, “Gürcü arzusu” koalisiyası parlament seçkilərində qalib gəldikdən sonra keçmiş müdafiə naziri Baço Axalaya, Tbilisi merinin müavini Şota Xizanişvili və digər şəxslər həbs olunublar, Birləşmiş qərargahın rəisi Georgi Kalandadzeyə qarşı isə istintaq davam edir.

Prezident Mixail Saakaşvilinin tərəfdarları son addımları siyasi təqib kimi dəyərləndirir, “Gürcü arzusu” isə bu ittihamları rədd edir.






20 Dekabr, 2012  13:26 Baxılıb: 718 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner