Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“...bu, İvanaşvilinin ermənilərə olan meylinin nəticəsidir”

Eyvaz Borçalı: “Gürcüstanın azərbaycanlılara qarşı zorakılıq münasibəti əvvəllər də olub, indi də davam edir”

Qonşu Gürcüstanda azərbaycanlılara qarşı zorakılıq halları artmaqdadır. Son 2 ay ərzində Gürcüstanda azərbaycanlılara qarşı 12 cinayət hadisəsi baş verib. Son 1 ayda 3 ailəyə basqın edilib və azərbaycanlılar döyülüb. Azərbaycanlıların vəziyyəti Gürcüstanda daha da ağırlaşıb.

Politoloq Mübariz Əhmədoğlu Gürcüstanda azərbaycanlılara qarşı baş verən hadisələrlə bağlı Simsar.az-a verdiyi açıqlamada bildirib ki,hadisələrin baş verməsinin əsas səbəbi İvanaşvilinin siyasətə və hakimiyyətə gəlişidir: “Bir erməni politoloqunun sözünə görə, gürcüstanlılar ya şovinist, ya da milliyətçi olurlar. Bu o deməkdirki, ermənilər gürcüstanlıları bizdən yaxşı tanıyırlar. Azərbaycanlılara qarşı zorakılıq münasibəti Gürcüstan hakimiyyət orqanlarının azərbaycalıların poblemlərinə olan biganəliyindən doğur. Bununlada, Gürcüstanda bir qrup adam azərbaycanlılara qarşı belə, zorakılıq edir. İvanaşvilinin siyasətə gəlişi ilə azərbaycanlılara olan münasibət daha da gərginləşdi. Bu, İvanaşvilinin ermənilərə olan meylinin nəticəsidir”.

Əslən gürcüstanlı olan ziyalı Eyvaz Borçalı hadisəyə başqa cür yanaşıb. O, bu hadisələrin keçmişdə də olduğunu bildirib: “Gürcüstanın azərbaycanlılara qarşı zorakılıq münasibəti əvvəllər də olub, indi də davam edir. Təəssüf ki, bunun qarşısını alan yoxdu. Buna səbəb onların daxilən Azərbaycanlılara qarşı zorakılığa razı olmalarıdı. Gürcüstanda xüsusi qurumlar fəaliyyət göstərir ki,azərbaycanlıların ordan didərgin düşmələrini istəyir. Bu münasibət hər hakimiyyət dəyişdikdə gərginləşir. Bu, gürcülərin gizli məqsədlərinin nəticəsidir. Bununla onlar heç bir nəticə əldə edə bilməyəcəklər, səyləri nəticəsiz qalacaq”.

Turanə Zeynallı






13 Noyabr, 2012  17:07 Baxılıb: 994 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner