Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qazilər Şurası: “Noyabrın 16-sı Məhərrəmlik ayının 1-ci günüdür”

“Aşura isə noyabrın 25-nə təsadüf edir”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası (QŞ) Məhərrəm ayının başlanması və Aşura mərasimləri ilə bağlı fətva verib. QŞ-nın bu gün keçirilən iclasında qəbul olunan fətvada bildirilib ki, Hicri-qəməri təqvimi ilə 1433-cü il başa çatır. Yeni ilin - 1434-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimi ilə 2012-ci il noyabrın 16-na, Aşura isə Məhərrəm ayının 10-cu günü noyabrın 25-nə təsadüf edir. Fətvada bununla bağlı dindarlara başsağlığı verilib və İmama Hüseyn Əleyhissəlamın və onunla birgə şəhid olan müsəlmanların əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilmək tövsiyə olunub. Qeyd olunub ki, mərasimlərdə Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətən uğrunda şəhid olanların xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənməli, qurşağa qədər soyunub, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə təlqin etməlidirlər.

Fətvada o da bildirilib ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə tibbi ehtiyaclar üçün gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsi kimi örnək olmalıdır.






13 Noyabr, 2012  15:33 Baxılıb: 1021 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner