Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Beynəlxalq Gözdən Əlillər Günüdür

/

Bu gün, noyabrın 13-də Azərbaycanda Beynəlxalq Gözdən Əlillər Günü qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 37 mln. gözdən əlil var. Azərbaycanda bu göstərici 35 min nəfər təşkil edir ki, bunların 6 mini yeniyetmədir.
"Bu insanlar ehtiyac içində yaşayır və onlar özlərinə münasibətdə böyük diqqət tələb edirlər" - deyə, Azərbaycanın Gözdən Ədillər Cəmiyyətinin rəhbəri Səmyar Abdullayev bildirib, Sözügedən bu cəmiyyət gözdən əlil insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə yaradılıb.
Abdullayevin sözlərinə görə, hökumətin gözdən əlillərin problemlərinin araşdırılmasının yekunu olaraq qərar qəbul edəcəyi gözdənilir. Bu araşdırmalar səkkiz dövlət orqanının iştirakı ilə aparılıb.

Beynəlxalq Gözdən Əlillər Günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə gözdən əllillik və zəif görmə problemdərinə diqqəti cəlb etmək məqsədilə yaradılıb.
ÜST-nin məlumatına görə, 37 mln. nəfət gözdən əlillə yanaşı zəif görmə qabiliyyətinə malik 124 mln. nəfət insan da mövcuddur. Görmə qabiliyyətini itirmə hallarının dörddə üç hissəsi barədə xəbərdarlıq etmək və ya müalicə etmək olardı. ÜST hesab edir ki, 2020-c ildə dünyada gözdən əllilərin sayı 75 milyona qədər artacaq.
ÜST BMT-nin bütün üzv dövlətlərini oftomoloji kömək üzrə milli planlar hazırlamağa və həyata keçirməyə, gözdən əlliyin profilaktikası istiqamətiqdə işlərə xüsusi diqqət ayırmağa çağırıb. Təşkilat 2020-ci ilə qədər bütün dünyada bu kimi halların qarşısının alınması yönəlmiş "Görmə 2020: görmə hüququ" adlı qlobal kompaniya keçirir. Kompaniya ÜST və Gözdən Əlilliyin Profilaktikası üzrə Beynəlxalq Agentlik tərəfindən keçirilir. Kompaniyanın iştirakçıları QHT, peşəkar assosiasiyalar, oftomoloji institutlar və əczaçılıq korporasiyalarıdır.






13 Noyabr, 2012  12:45 Baxılıb: 1154 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner