Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Prezident İlham Əliyev 173 nömrəli məktəbdə olub

.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 12-də Bakının Yasamal rayonundakı 173 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtda məktəblərin əsaslı təmir və bərpa işləri davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 173 nömrəli məktəbdə görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, binası 1939-cu ildə inşa olunmuş 800 şagird yerlik bu məktəbdə 30 sinif otağı var. Hazırda burada 320 şagird təhsil alır. Bu təhsil ocağında əsaslı təmir və yenidənqurma işləri qısa vaxt ərzində, yüksək standartlara uyğun şəkildə başa çatdırılıb.

Dövlət başçısı ayrı-ayrı sinif otaqlarına baxdı, yaradılan şəraitlə yaxından tanış olub. Sinif otaqlarında şagirdlərin təhsil almaları üçün lazımi şərait yaradılıb. Məktəbdəki sinif otaqları, fənn kabinetləri və laboratoriyalar müasir avadanlıqla təchiz edilib.

Təhsil ocağında təhlükəsizlik kameraları quraşdırılıb. Məktəbin dəhlizinə və pilləkənlərə yüksək keyfiyyətli mərmər döşənib. Məktəbdə yeni və müasir istilik sistemi quraşdırılmış, həyətyanı sahədə abadlıq və quruculuq işləri görülüb.






13 Noyabr, 2012  01:47 Baxılıb: 869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner