Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ahıska türkləri qurultay keçirib

Ahıska türklərinin, Gürcüstandakı anavətənlərindən sürgün edilməsinin 68-ci ildönümü münasibəti ilə Azərbaycanın Saatlı bölgəsindəki Nizami kəndində qurultay keçirilib

Qurultayda, Ahıskalılar vətənlərini unutmadıqlarını və geri dönmək üçün əllərindən gələni edəcəklərini deyiblər.

83 yaşındakı Xalid Aslanoğlu: "Bizə etdikləri sürgün deyil soyqırımdı. Ahıska və Xocalı Türk dünyasının ortaq problemidir. Dünya niyə səsimizi eşitmir? Bizi yük vaqonlarına mindirdilər. Vaqonu biri dolduğunda digərinə keçirtdilər. Neçə ailə belə bir-birlərindən ayrı düşdü" -deyə danışdı .

Müzeyfə Poladov da, 1944-ün Noyabr ayında 3 saat içərisində öz obalarından məcbur çıxarıldıqlarını ifadə edərək : "İnsanlarımız yollarda həlak oldu. Biz vaqonlarda 16 gün yol getdik. Ölən insanları gözümüzün qarşısında quru basdırdılar. Yolda gördüyüm şeylər gözümün qarşısından getmir"- dedi.

Ahıska Türkləri Vətən İctimai Birliyi Başçısı İbrahim Məmmədov da Ahıskaya dönmək istədiklərini ifadə edərək bunları söylədi: "68 il keçməsinə baxmayaraq, biz Ahıska türkləri ana vətənimizi unutmadıq və unutmayacağıq. Gücümüzü çatdığı qədər vətənimizə dönmək üçün mübarizə aparacağıq."

Turanə






12 Noyabr, 2012  17:13 Baxılıb: 997 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner