Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TÜRK YAZARLAR TOVUZDA - FOTO

Onlar ön cəbhədə olublar

“Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində Azərbaycanda səfərdə olan 4 türk dövlətindən, 8 türk muxtar respublikaları və toplumlarından gələn 18 jurnalist, yazar və yeni nəsil siyasi icmalçıları ötən gün Tovuz rayonunda olublar. İlk öncə millət vəkili Qənirə Paşayeva və rayon icra başçısı Tofiq Zeynalovla görüşən qonaqlara rayon haqqında ümümi məlumat verilib. T. Zeynalov sovetlər birliyi dağıldıqdan sonar əldə etdiyimiz müstəqillik və ölkəmizdə gedən inkişafdan danışaraq Tovuz rayonu haqqında ümumi məlumat Verdi. Sonra qonaqlar rayonda yeni tikilmish qalanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva şəhid məzarlarını ziyarət edərkən qonaqlara Ermənistanın işğalçılıq siyasəti, barədə geniş danışaraq, şəhidlərlə bağlı məlumatlar da Verdi. 
Daha sonar ön cəbhəyə, sərhəd kəndlərinə yola düşən qonaqlar əvvəl rayonun Əlibəyli sonra isə Ağdam kəndlərində oldular. Atəşkəs olmasına baxmayaraq ermənilərin mütəmadi kəndləri atəşə tutmasından danışan millət vəkili Q.Paşayeva son aylarda ermənilər tərəfindən xəsarət almış dinc kənd sakinləri ilə də türk yazarlarını tanış etdi. “Gördüyünüz bu bina Əlibəyli kənd orta məktəbidir. Bu məktəb daim ermənilər tərəfindən atəşə məruz qalır. Gördüyünüz bu dəliklər güllələrin açdığı dəliklərdir. Uşaqların təhlükəsizliyi üçün bir qədər kənarda yeni məktəb binası tikilib”-deyən millət vəkili, sakinlərin hər an təhlükə qarşısında olduqlarını vurğuladı. “Bu kəndlərin sakinləri özəl bayramları, toy el şənliklərini rahatlıqla qeyd edə bilmirlər. Novruz bayramı,Qurban bayramında xüsusilə kənd atəşə tutulur, yaz ayları gəldikdə isə, kəndə gələn suyun qarşısı kəsilir, camaat əkin sahələrini suvarmağa su tapmır”.
Daha sonra jurnalistlərə müsahibəsində bu layihənin əsas məqsədindən danışan Q.Paşayeva Dağlıq Qarabağ məsələsinin həlli və Xocalı faciəsinin dünyaya çatdırılmasına xidtət etdiyini bildirdi. “Biz birlik və bərabərliyimizi daha da sürətləndirməliyik. Ilk olaraq Türk torpaqlarında Qarabağ həqiqətlərinin duyulmasına ehtiyac var. Bura gələn qardaşlarımız bizimlə həmrəydilər eyni zamanda bu məsələni ortaq məsələmiz hesab edirlər. Bu insanlar öz ölkələrində imzaları tanınan və ictimaiyyətə informasiya ötürən insanlardılar. Onlar bu gün burada gördüklərini qayıtdıqdan sonra öz ölkələrində təbliğ etməyə başlayacaqlar, bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına kömək edəcək. Türk dünyasının bütün məsələlərində biz birlik nümayiş etdirməliyik”.
4 türk dövlətindən və 8 türk muxtar respublikaları və toplumlarından gəlmiş 18 jurnalist, yazar və yeni nəsil siyasi icmalçıları sabah Qubaya səfər edəcək, yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcəklər.

Azər Nəsibov

 

 

 






9 Noyabr, 2012  04:13 Baxılıb: 1075 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner