Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gökhan Gülər Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin həmsədri oldu

.

Azərbaycan-Kıbrıs Türk Cəmiyyətində yeni təyinat olub. Quzey Kıbrıs Türk Cümhuriyyəti Prezidentinin mətbuat danışmanı, QKTC-da Azərbaycan dərnəyinin başqan yardımçısı Gökhan Gülər Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin Kıbrıs üzrə həmsədri təyin olunub. Təşkilatın Türkiyə üzrə həmsədri Mehmet Akçayın Simsar.az-a verdiyi məlumata görə, yeni təyinatda Gökhan Gülərin QKTC-nın tanıdılması istiqamətində yürütdüyü işlər, Türk Dünyası çərçivəsində həyata keçirilən layihələrdə fəaliyyəti və Turançılıq məfkurəsinin təbliğində fəallığı nəzərə alınıb.
Qeyd edək ki, 2012-ci il iyul ayının 20-də təsis toplantısını keçirən təşkilatın Azərbaycan üzrə həmsədri Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli, Türkiyə üzrə həmsədri Mehmet Akçay idi. Təşkilatın Nizamnaməsinə görə həmsədr və ya səlahiyyətli nümayəndə (təmsilçi) olacaq şəxs həmin ölkənin vətəndaşı olmalıdır.
Təşkilatdan verilən məlumata görə, yaxın zamanlarda Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti Bakıda “Rauf Denktaş gecəsi” təşkil edəcək.






8 Noyabr, 2012  21:37 Baxılıb: 1195 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner