Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəblərin tikintisi bahalaşıb

Azərbaycanda yaşayış evlərinin, sosial təyinatlı binaların inşası qiymətləri azalıb, məktəblərin tikintisi bahalaşıb

Dövlət Statistika Komitəsi bu ilin III rübündə tikinti işlərində qiymətlərin dəyişməsi barədə məlumata yayıb. Simsar.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin III rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,2 faiz azalıb.

Rüb ərzində yerüstü tikililər bölməsində 0,2 faiz, yol və körpü tikintisində 0,4 faiz ucuzlaşma müşahidə edilib. Rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz artıb, yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər 0,6 faiz azalıb. Yaşayış evlərindən 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 0,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz azalıb. Sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlərdə 0,1 faiz azalma, ümumtəhsil məktəblərinin tikintisi üzrə isə qiymətlərdə 0,2 faiz bahalaşma müşahidə edilib. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,6 faiz aşağı düşüb. Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,4 faiz, körpü tikintisi üzrə qiymətlər 0,1 faiz azalıb.






8 Noyabr, 2012  19:58 Baxılıb: 851 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner