Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ali məhkəmənin sədri məhkəmələri tənqid etdi

“...hakimlər protokolları oxumurlar”

Azərbaycan Ali Məhkəməsinin növbəti Plenumu keçirilir. Simsar.az xəbər verir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev iclasda səhiyyə, ədliyyə nazirlərinin, məhkəmə sədrlərinin iştirak etdiyini deyib. Daha sonra gündəlik elan olunub. Gündəliyə məhkəmələr tərəfindən tibbi xarakterli qərarların verilməsi, Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə Milli Məclisə təkliflərin verilməsi və digər məsələlər daxilidir.

R.Rzayev çıxışında məhkəmələr tərəfindən bəzi qanun pozuntularına yol verdiyini deyib: “Bəzən həkim-psixiatrın verməli olduğu rəy aidiyyatı olmayan şəxslər tərəfindən verilir. Bir çox hallarda həkim-psixiatrın rəyi nəzərə alınmır və azadlığa buraxılan şəxslər tərəfindən təkrar cinayətin törədilməsi faktları aşkar olunur. Bir nəfər atasını öldürüb, anasını öldürməyə cəhd edib. Həmin şəxsin barəsində məcburi müalicə təyin olunub. Lakin sonradan məhkəmə həmin şəxsi - yəni İlqar Rzayevi azadlığa buraxıb. O da anasını öldürüb. Biz onu azadlığa buraxan hakimin fəaliyyətinə vaxtından əvvəl xitam vermişik. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslərin psixiatriya xəstəxanasına göndərilməsi barədə düzgün qərarlar verilmir. Bu işlər üzrə məhkəmə iclas protokolları çox qısa şəkildə şablon kimi tərtib olunur. Bu da onu göstərir ki, hakimlər protokolları oxumurlar”.






8 Noyabr, 2012  15:35 Baxılıb: 1013 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner