Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Misir Mərdanov: "Orta məktəblərdə fransız dilinin tədrisinə dəstək göstərməyə hazırıq"

Təhsil naziri Misir Mərdanov Fransaın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşüb

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iki ölkə arasında təhsil sahəsində də əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən danışan təhsil naziri bu istiqamətdə bir sıra məsələlərə toxunub, Fransanın KNOUS təşkilatı ilə imzalanan müqavilə çərçivəsində görülən işlərə və bu baxımdan müəyyən problemlərin mövcud olduğuna diqqət çəkib.
Nazir Fransanın Azərbaycandakı səfirliyi ilə birgə ölkələrimiz arasında təhsil sahəsi üzrə birgə əməkdaşlığın inkişafına, orta məktəblərimizdə fransız dilinin tədrisinə dəstək göstərməyə hazır olduğunu bildirib.
Azərbaycan-Fransa təhsil əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması baxımından bir sıra təkliflər irəli sürən P.Mönye səfirliyin müvafiq sahə üzrə nəzərdə tutduğu işlərdən danışıb, bu məqsədlə birgə işçi qrupunun yaradılmasını və 3 illik proqram hazırlanmasını təklif edib. Əməkdaşlığın inkişafı üçün yüksək potensialın mövcudluğundan söz açan səfir görülən işlərdən bəhs edib, eləcə də hər ilin yayında “Fransız kəndi” layihəsi çərçivəsində fransız dili müəllimləri üçün seminarlar keçirildiyini diqqətə çatdırıb.
Bu görüşün iki ölkənin təhsil əlaqələrinə layiqli töhfələr verəcəyinə əminliyi vurğulayan M.Mərdanov səfirin fikirləri ilə həmrəy olduğunu açıqlayıb və yaradılacaq işçi qrupuna müvafiq qurumların əməkdaşlarının daxil edilməsinin əhəmiyyətini söyləyib.






8 Noyabr, 2012  14:44 Baxılıb: 912 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner