Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı Metropolitenində bayram

Yeraltı nəqliyyatın işçiləri peşə bayramlarını qeyd edirlər

8 noyabr - Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür.
Prezident İlham Əliyevin 2006-cı il oktyabrın 28-də imzaladığı Sərəncamla hər il bu gün Bakı metropolitençilərinin peşə bayramı günü kimi qeyd edilir.
Metropolitenin tikintisi ideyası hələ keçən əsrin 30-cu illərində Bakının yenidənqurulmasının baş planında nəzərdə tutulub. Qərar 1947-ci ildə qəbul edilib. Tikinti işlərinin bərpası yalnız 1961-ci ildə mümkün olub. Metro inşaatçılarının böyük zəhməti sayəsində 1967-ci ilin noyabrın 6-da Bakı Metropoliteninin Bakı Soveti-Nərimanov sahəsində 5 stansiyalıq birinci növbəsi işə salınıb. Bu, keçmiş SSRİ-də beşinci, Yaxın Şərqdə isə ilk yeraltı elektrik dəmir yolu idi.
1969-cu ildə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə Bakı Metropoliteninin tikintisi tarixində yeni mərhələnin başlanğıcı qoyulub. 70-ci illərdə "Ulduz", "Məşədi Əzizbəyov", "Qara Qarayev", "Neftçilər", "Nizami", daha sonrakı dövrlərdə "Bakmil", "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi", 1989-cu ildə isə "Xalqlar Dostluğu", "Əhmədli" stansiyaları istifadəyə verilib.
2008-ci ildə metronun "Nəsimi", 2009-cu ildə "Azadlıq prospekti" stansiyaları, "28 May" stansiyasının yeni keçidi istismara verilib. 2008-ci ildə "İçərişəhər" stansiyası tam yenidən qurulmuş, cari ildən isə "Məşədi Əzizbəyov" stansiyasında yenidənqurma işlərinə başlanılıb.

Bu gün metropolitenin tikintisi ilə yanaşı, istismarda olan metro şəbəkəsinin maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma və bərpa işlərinin aparılması, təhlükəsizliyin artırılması, metro işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.






8 Noyabr, 2012  13:12 Baxılıb: 840 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner