Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA alimləri dövlət qulluqçusu ola bilər

Azərbaycanda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində çalışan alimlərə “Dövlət qulluqçusu” statusunun verilməsi təklif edilir. APA-nın xəbərinə görə, bu təklifi AMEA Azad Həmkarlar ittifaqının VI qurultayında İttifaqın sədri Adil Mirabdullayev səsləndirib

O deyib ki, ölkənin elmi potensialının böyük əksəriyyəti AMEA-da cəmləşib və onların xeyli hissəsini yaşlı nəslin nümayəndələri təşkil edir: “Ömrünü elmə həsr edən bu insanlara “Dövlət qulluqçusu” statusunun verilməsi zamanın tələbidir. Bu adamların tibbi müalicə və profilaktikaya böyük ehtiyacları var. Akademiya əməkdaşlarının əmək haqqının az olması səbəbindən onlar çox vaxt müalicə müəssisəsinə müraciət edə bilmirlər. Səhiyyə Nazirliyi qarşısında məsələ qaldırılmalı və AMEA əməkdaşlarının Akademiyaya yaxın poliklinikaların birində müalicə-diaqnostika ilə təmin olunmasına nail olunmalıdır”. 

AMEA prezidenti Mahmud Kərimov isə açıalqmasında bildirib ki, AMEA-ya çox vaxt Yazıçılar və ya Bəstəkarlar ittifaqları kimi yaradıcı təşkilat kimi baxırlar: “Biz icra hakimiyyəti orqanı olmadığımızdan dövlət qulluqçusu sayılmırıq. Ona görə də dövlət qulluqçularına verilən imtiyazlardan, güzəştlərdən məhrumuq. Dövlət qulluqçusu olmağın müsbət və mənfi tərəfləri var. Dövlət qulluqçusu hər halda məmurdur. Biz isə özümüzü məmur hesab etmirik. Biz sərbəst tədqiqatçılar, alimlərik. Bu baxımdan bizə bəlkə də bu status yaraşmır. Alimlərin sosial vəziyyətini yaxşılaşdırmağa isə çox ciddi ehtiyac var”.






7 Noyabr, 2012  20:41 Baxılıb: 1326 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner