Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avtobusa arxa qapıdan minmək qadağan olunacaq

.


Bakıda nəqliyyatda vahid ödəmə sisteminin tətbiq olunması istiqamətində işlər davam etdirilir. Simsar..az-ın məlumatına görə, bir neçə aydır ki, paytaxtda ödəmə sistemi ilə bağlı pilot layihə həyata keçirilir. Hazırda Nəqliyyat Nazirliyi və Sərnişindaşıma İdarəsində əsas narahatlıq yaradan məsələ ödəmə sisteminin həm sərnişinlərin rahatlığına, həm də sürücülərin işinin pozmaması üçün uyğunlaşdırılmasıdır.

Məlumata görə, təklif olunur ki, iritutumlu sərnişin avtobuslarında (3 qapılı) ön qapının giriş hissəsində xüsusi turniketlər quraşdırılsın. Burada ödəmə kartını yaxınlaşdırmaqla sərnişinlər yol pulunun ödəmiş olacaqlar. Yeniliyin mübahisələrə səbəb olan tərəfi isə sərnişinlərin avtobusa yalnız ön qapıdan daxil olmasıdır. Yəni ancaq ön qapıdan ödəniş edib avtobusa daxil olmaq və arxa qapılardan enmək lazım gələcək. Bu isə avtobuslara arxa qapıdan minməyin qadağan olunması anlamına gəlir.

Hazırda qeyd etdiyimiz məsələ ilə yanaşı sistemin tətbiqinin digər detallarının da müzakirələri və hazırlıq işləri davam edir. Yaxın aylarda Bakının mərkəzi hissələrində hərəkət edən avtobuslarda yeni sistemin tətbiq olunacağı gözlənilir.

Xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədov keçən ay jurnalistlərə açıqlamasında bu ilin sonunadək paytaxtda nəqliyyat vasitələrinin vahid ödəmə sisteminə keçəcəyini bildirib.

Onu da qeyd edək ki, Bakıda fəaliyyət göstərən London taksilərində yeni sistemin tətbiqinə hazırlıq işləri artıq yekunlaşıb.






6 Noyabr, 2012  20:45 Baxılıb: 932 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner