Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Türk Dünyası jurnalistləri Fəxri və Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət ediblər

.

Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində Azərbaycanda səfərdə olan 4 türk dövlətindən, 8 türk muxtar respublikaları və toplumlarından  gəlmiş18 jurnalist, yazar və yeni nəsil siyasi icmalçıları bu gün  millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalının müşayiəti ilə Fəxri Xiyabanda olublar. Simsar.az-ın xəbərinə görə, ilk öncə ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarlarını ziyarət edib və ruhuna dualar oxuyublar. Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan  torpaqlarında dinc insanlara qarşı törətdiyi qətliamlar, soyqırımlar, vandalizm aktları barədə geniş məlumat veriblər. Qonaqlar Şəhidlər Xiyabanında həmçinin şəhid jurnalistlər Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin də məzarlarını ziyarət etmişlər. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva qonaqlara onlarla bağlı ətraflı məlumat verib.

Sonra türk jurnalistləri Bakı Türk Şəhidliyini ziyarət ediblər. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı qonaqlara 20-ci əsrin müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu, 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri soyqırımlar, qətliamlar, Qafqaz İslam Ordusunun Bakının erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumat veriblər və Bakı Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı olduğunu bildiriblər.

4 türk dövlətindən və 8 türk muxtar respublikaları və toplumlarından  gəlmiş 18 jurnalist, yazar və yeni nəsil siyasi icmalçıları Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq üçün respublikamızın bölgələrinə (Tovuz, Ağdam (Quzanlı), Tərtər, Quba) də səfər edəcək, yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcəklər.

 

 

 






6 Noyabr, 2012  18:05 Baxılıb: 1011 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner