Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qanunu pozan sürücüləri kameralar cəzalandıracaq

Sürücülər yol verdikləri qayda pozuntuları barədə elektron formada protokol alacaqlar

Magistral yollarda şütüyən avtomobillərin sürücülərinin bundan sonra maşınlarının sürət həddinə nəzarət etmələri məsləhətdir. Çünki, 153 yerdə quraşdırılan radarlar yol hərəkəti qaydalarını pozan sürücüləri Dövlət Yol Polis İdarəsinin əməkdaşının iştirakı olmadan belə cəzalandıracaq.

Belə ki, prezidentin fərmanı əsasında hazırlanan sistemə görə, sürücülər yol verdikləri qayda pozuntuları barədə elektron formada protokol alacaqlar. Qayda pozuntusuna yol verən sürücülər barədə məlumatlar ilk olaraq Baş Dövlət Yol Polis İdarəsində yaradılan mərkəzə daxil olur və buradan da ərazi üzrə Dövlət Yol Polisinin müvafiq şöbələrinə göndərilir. Elektron protokol tətbiq olunan gündən bu günə qədər 30.000-dən çox sürücü barəsində protokol tərtib olunub.

Elektron protokol mərkəzə daxil olandan sonra 2 gün ərzində nəqliyyat vasitəsinin sahibinə çatdırılmaq üçün ərazi üzrə Polis Bölməsinə göndərilir. Məlumatı alan sürücü həmin andan başlayaraq 10 gün ərzində nəqliyyat vasitəsini özünün idarə edib-etməməsi ilə bağlı vəsadət verməli və növbəti mərhələdə elektron protokol üzrə cəriməni ödəməlidir. Sürücü ilk gün ödəyəndə, 10% güzəştlə 258 manat ödəyir. Cəriməni 3 ay müddətinə ödəmədikdə nəqliyyat vasitəsi cərimə meydançasına qoyulur və cəriməni yenə ödəməzsə, sürücü haqqında “Sürücülük vəsiqəsinin məhdudlaşdırılması” barədə məhkəməyə müraciət olunur.

Gecənin qaranlığında qaydanı pozan sürücülər belə yeni quraşdırılan kameraların obyektivindən yayınmır. Kameralar vasitəsilə təkcə sürət həddi yox, ötmə əməliyyatını düzgün yerinə yetirməmək, təhlükəsizilik kəmərindən isitfadə etməmək və digər qayda pozuntuları da elektron formada aktlaşdırılır.






6 Noyabr, 2012  15:42 Baxılıb: 976 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner