Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev və xanımı "BakuTel-2012"-nin açılışında iştirak edib

.

Bu gün Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə Bakıda XVIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi ("BakuTel-2012") işə başlayıb.
Sərgiyə dəvətli olan Simsar.az-ın əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin rəsmi açılış mərasimində iştirak edirlər.

Bu il "BakuTel" sərgisi dünyanın 23 ölkəsindən 160 şirkəti bir araya gətirir. Xarici iştirakçıların siyahısına Belarus, Böyük Britaniya, Çin, İran, Koreya, Litva, Malayziya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələr daxildir. Kollektiv stendlərin fəal iştirakı artıq "BakuTel" sərgisinin ənənəsinə çevrilib. Belə ki, bu il sərgidə 8 kollektiv ekspozisiya iştirak edir. Onların arasında sərginin daimi iştirakçıları olan Avstriya, İsrail, Kanada, Fransa, Litva, Xorvatiya və Estoniyanın milli qrupları var. Sloveniya milli qrupu isə sərgidə ilk dəfədir çıxış edir. Milli qruplar Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həmçinin təqdim edilmiş ölkələrin müvafiq profilli strukturlarının dəstəyi ilə təşkil olunub. Bu stendlərdə ziyarətçilərin diqqətinə təkcə Azərbaycan üçün deyil, həm də bütövlükdə Xəzəryanı region üçün innovasiya sayılan maraqlı proqramlar təqdim olunacaq və İKT üzrə məhsul və xidmətlərin təqdimat mərasimləri keçiriləcək.
Dörd gün ərzində sərginin ekspozisiyası telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları kimi seqmentləri əhatə edəcək. Əvvəlki kimi, sərgidə əsas diqqət kosmik sənaye, yerüstü peyk idarəetmə strukturunun yaradılması və kadr hazırlığına yönəldiləcək. Belə ki, bu sektorun iştirakçılarından biri Azərbaycanının ilk "Azersat" telekommunikasiya peykini kosmosa çıxarmağa hazırlaşan "Azerkosmos" şirkətinin stendidir.






6 Noyabr, 2012  14:12 Baxılıb: 1076 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner