Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Mitt Romni: “Çıxışlar vacib deyil, konkret nailiyyətlərə görə qiymət vermək lazımdır”

.

ABŞ prezidentliyinə namizəd Mitt Romni Nyu-Hempşir ştatında seçki aksiyası keçirib. M. Romni Mançester şəhərindəki tərəfdarlarını səsvermədə fəal olmağa çağırıb.

O, hazırkı prezident B. Obamanın 4 ilə ərzində vədlərinə əməl edə bilmədiyini deyib: «Çıxışlar vacib deyil, konkret nailiyyətlərə görə qiymət vermək lazımdır».

M. Romni bildirib ki, B Obama büdcə kəsirini azaltmağa söz versə də, nəticədə onu iki dəfə artırıb. İşsizliyin səviyyəsi isə azalmaq əvəzinə 5,2%-dən 7,9%-dək yüksəlib.

M. Romninin sözlərinə görə, prezident B. Obama ölkənin iqtisadiyyatına və orta təbəqənin gəlirlərinə zərbə vurub, onun hakimiyyətdə olduğu 4 il ərzində elektrik enerjisi, benzin və qidanın qiymətləri artıb.

«Obama söz verir, mən isə öz biznesimi yaradaraq sübut edə bilmişəm. Mən hazırkı kursu dəyişməyin yolunu bilirəm, ona görə də namizədliyimi irəli sürmüşəm», deyə M.Romni bəyan edib.

M. Romnini Mançesterdə dəstəkləyənlər arasında müğənni Kid Rok da olub.






6 Noyabr, 2012  13:32 Baxılıb: 873 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner