Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bu gün ABŞ yeni prezidentini seçir

Bu gün Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçiriləcək.

Prezidentliyə Demokrat Partiyasından hazırkı dövlət başçısı Barak Obama, Respublikaçılar Partiyasından isə Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni iddia edir.

USA Today qəzeti və Gallup fondunun birgə keçirdikləri sorğunun nəticələrinə görə, birmənalı olaraq kiminsə tərəfində olmayan ştatlarda namizədlərin şansları bərabərdir. Belə ştatlara Kolorado, Florida, Ayova, Miçiqan, Nevada, Nyu-Hempşir, Nyu-Meksiko, Şimali Karolina, Ohayo, Pensilvaniya, Virciniya və Viskonsin aid edilir.

Bütün ölkə ərazisində keçirilən sorğularda nəticələr müxtəlifdir. CNN-in sorğusunun nəticəsinə görə, Obama və Romni seçicilərin 49%-i dəstəkləyir. Politico qəzeti seçicilərin 48%-nin hər iki namizədə səs vermək istədiyini iddia edir. NBC News-un sorğusu Obamanın Romnini 1% qabaqlayacağını göstərir 48%-47%. ABC News-da bu rəqəmlər 49% və 48%-dir. Yalnız Pew Research mərkəzi Obamanın 3% fərqlə qalib gələcəyini iddia edir - 50%-47%.

Seçki öncəsi məşhur respublikaçılar - Nyu-Cersi qubernatoru Kris Kristi və Nyu-York meri Maykl Blumberqin Barak Obamanı dəstəkləməsi müşahidəçilərin fikrincə, səsverməyə müəyyən təsir edəcək.






6 Noyabr, 2012  12:59 Baxılıb: 888 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner