Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkiyənin Azərbaycandakı səfiri ilk dəfə Gəncədə

Alper Çoşkun bəzi Türkiyə şirkətlərinin Azərbaycana mal ixracını azaltmasına münasibət bildirib

Bu gün Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri İsmayıl Alper Çoşkun Gəncəyə səfər edib. Simsar.az-ın bölgə müxbirinin məlumatına görə, o, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziayrət edib. Səfər çərçivəsində şəhər İcra Hakimiyyətində görüş keçirən diplomat Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyi söyləyib. Yeni səfirin Gəncəyə gəlişi tanışlıq xarakteri daşıyıb, onu Türkiyənin Gəncədəki Baş konsulu da müşayiət edib. Səfir zamanla Azərbaycanın digər regionlarında da səfər edəcəyini açıqlayıb. Jurnalistlərin suallarını cavablandıran səfir iki ölkə arasındakı iqtisadi əlaqələrin əvvəlki illərə nisbətən daha da artdığını deyib. O həmçinin bəzi Türkiyə şirkətlərinin Azərbaycana mal ixracını azaltmasına da münasibət bildirib. 

“Bizim ikitərəfli iqtisadi əlaqələrimiz genişlənir. Yalnış xatırlamıramsa, Türkiyənin bura ixracatı ötən ilkinə nisbətən 30 faiz daha artıb. Azərbaycanın Türkiyəyə ixracatı da 30 faizə yaxın artmış vəziyyətdədir. Dolayısı ilə, bəzi şirkətlərin ixracatındakı ləngimələrdən asılı olmayaraq qarşılıqlı əlaqələrimiz inkişaf edir və daha da inkişaf edəcək", - səfir deyib.






6 Noyabr, 2012  01:55 Baxılıb: 798 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner