Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

II Bakı Beynəlxalq teatr konfransı işinə başlayıb

.

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və nativlər” mövzusunda II Bakı Beynəlxalq teatr konfransı işə başlayıb.

Konfransa dünyanın 35 ölkəsindən gəlmiş 80-dən çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər toplaşıblar. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının foyesində I Bakı Beynəlxalq teatr konfransı, Slovakiya teatr tarixinə, M.F.Axundzadənin 200 illik yubileyinə həsr edilmiş fotosərgilərlə tanış olunublar. Konfransın rəsmi açılış mərasiminə I Bakı Beynəlxalq teatr konfransını əks etdirən videoçarxın nümayişi ilə başlanılıb.

Beynəlxalq konfransın açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, dünyanın tanınmış teatr sənətçilərinin artıq ikinci dəfə bir araya gələrək müasir əsrin teatr proseslərini araşdırması önəmlidir: “Elə ona görə də belə bir dəyərli layihənin Bakıda gerçəkləşməsi bizdə böyük qürur hissi doğurur. II Bakı Beynəlxalq Teatr Konfransının keçirilməsi Azərbaycan dövlətinin dünyada mədəni inteqrasiya, qarşılıqlı bəhrələnmə məsələlərinə çox böyük önəm verdiyinin əyani sübutudur”.

Tədbirdə çıxış edən Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, UNESCO-nun sülh artisti və xoşməramlı səfiri Ali Mahdi belə bir konfransın Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib. Konfrans iştirakçılarına UNESKO-nun baş direktoru İrina Bokovanın salamlarını çatdıran A.Mahdi deyib ki, bu möhtəşəm konfrans bu qurumun diqqət mərkəzindədir. Son illər Azərbaycanın mühüm mədəni tədbirlərə ev sahiblik etməsini xüsusi olaraq qeyd edən qonaq bu istiqamətdə görülən hər bir işi müsbət qarşılandığını bildirib.






5 Noyabr, 2012  18:51 Baxılıb: 915 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner