Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda dünya internet şəbəkəsinin növbəti serveri quraşdırılıb

.

Növbəti, 14-cü internet serverin Azərbaycanda yerləşdirilməsi bu ölkədə internetin idarə olunması sahəsindəki təcrübəsinin yüksək qiymətləndirilməsinin göstəricisidir. Simsar.az-ın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. 

Onun sözlərinə görə, yeni serverin qurulması çox vacib məsələlərdən biridir və çox önəmlidir ki, quraşdırma işləri noyabrın 6-8-da Bakıda keçiriləcək İnternet İdarəçiliyi Forumu (IGT-2012) ərəfəsində başa çatıb: «Məlum olduğu kimi, internet əslində dünya üzərində səpələnmiş qovşaqlar arasında əlaqələri həyata keçirən bir şəbəkədir. İnternetin idarə olunması, internet istifadəçiləri arasında əlaqələrin həyata keçirilməsi üçün dünyada xüsusi alt serverləri adlanan serverlər mövcuddur. İndiyədək onların sayı 13 olub və bunlar da əsasən Amerika qitəsində yerləşir. Bizim regionda ilk dəfə olaraq Azərbaycanda belə bir serverin yaradılıb. Bu da onu göstərir ki, Azərbaycanda internetin idarə olunması sahəsindəki təcrübə yüksək qiymətləndirilir».

E.Vəlizadə həmçinin bildirib ki, Azərbaycanda indiyədək milli domenlərin (*.az) qorunması və tənzimlənməsi sahəsində mövcud olan təcrübə əsas verir ki, ölkədə belə bir serverin yaradılması həyata keçirilsin.

Nazir müavini əlavə edib ki, bu serverin yaradılmasının üstünlüyü ondan ibarət olacaq ki, artıq Azərbaycanda, eyni zamanda ətraf regionlardan internet saytlarının açılması, eləcə də internetlə əlaqə daha keyfiyyətli həyata keçiriləcək.

Ən əsası isə ondan ibarətdir ki, belə bir nöqtənin Azərbaycanda yerləşməsi ümumilikdə internetin təhlükəsizliyinə yeni bir töhfədir. Yəni, serverlərin hansısa sıradan çıxarsa, onların digəri onu əvəz etməlidir və buna görə də onların sayının çox olması internetin daha dayanıqlı və etibarlı fəaliyyətinə imkan verir.

Qeyd edək ki, region ölkələri arasında analoji server yalnız Azərbaycanda qurulub. MDB məkanında isə ilk dəfə belə server Ukraynada yerləşdirilib, ikincisi isə məhz Azərbaycanda quraşdırılıb.






5 Noyabr, 2012  18:09 Baxılıb: 1104 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner