Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Los Ancelesdə muğam konserti keçirilib

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Los Ancelesdəki nüfuzlu UCLA universitetinin Schoenberg zalında muğam konserti keçirilib

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Simsar.az-a verilən məlumata görə, konsert Baş Konsulluğun təşəbbüsü ilə elan edilmiş ˝Kaliforniyada Azərbaycan Muğamı Ayı˝ çərçivəsində təşkil olunub.

Konsert NASA tərəfindən 1977-ci ildə kosmosa göndərilmiş Voyager uçuş aparatlarına Azərbaycan muğamının da daxil edilməsinin 35-ci ildönümünə həsr edilib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev yubiley konsertini açaraq, Azərbaycan muğamının özəlliklərindən, ümumbəşəri önəmindən və onun Voyager Qızıl Valına daxil edilməsindən bəhs etmişdir. Diplomat ölkəmizdə muğam ənənələrinin qorunub-saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə verilən yüksək diqqətdən danışaraq, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğamın həm ölkədə, həm də xaricdə təbliği sahəsində böyük işlər gördüyünü qeyd edib.

Sonra vaxtilə Voyager uçuş aparatlarının istehsal olunduğu, NASA-nın Los Anceles yaxınlığında yerləşən, bu yaxınlarda Marsa yeni özüyeriyən aparat göndərməklə daha da məşhurlaşmış Jet Propulsion Laboratory elmi mərkəzinin direktoru, ABŞ-da və dünya kosmik elmində yüksən nüfuz sahibi dr. Çarlz Elaçi çıxış edib. Elaçi Voyager aparatları barədə ətraflı məlumat verərək, Azərbaycanın gözəl muğam musiqisinin Qızıl Vala daxil edilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Çıxışlardan sonra konsert proqramı başlayıb. Gənc xanəndələr Aytən Məhərrəmova, Vüsalə Musayeva və İlkin Əhmədov, eləcə də mahir instrumentalistlər İmamyar Həsənov (kamança), Elşən Qasımov (nağara) və Rüfət Həsənovun (tar) ifa etdikləri rəngarəng muğam parçaları tamaşaçıların zövqünü oxşayıb.

Məlumata görə, konsertdən bir neçə gün öncə bəzi yerli erməni təşkilatları “UCLA kimi çox nüfuzlu bir universitetdə muğam konsertinin keçirilməsini Azərbaycanın “siyasi bəyanatı” kimi qiymətləndirərək, Facebook vasitəsilə erməniləri buna etiraz etməyə çağırmışdılar. Ancaq konsert günü Schoenberg Zalının qarşısında bir qrup erməni etiraz aksiyası keçirərək diqqəti özlərinə cəlb etməyə cəhd göstərsə də, konsert iştirakçılarının etinasızlığı, bəzi tamaşaçıların isə kəskin etirazı ilə üzləşiblər.






5 Noyabr, 2012  15:30 Baxılıb: 1082 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner