Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Mənəvi Saflığa Dəvət” Qədir-Xum bayramı münasibətilə tədbir keçirdi

.

“Mənəvi Saflığa Dəvət” İctimai Birliyində Qədir-Xum günü münasibətilə bayram tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan Birliyin icraçı direktoru Vüsal Nadiroğlu tədbir iştirakçılarını salamlayaraq təbrik etdi. Təbrikdən sonra söz ilahiyyatçı-alim, BDU-nun müəllimi Aslan Həbibova verildi.
İlahiyyatçı-alim bir daha iştirakçıları bu bayram münasibətilə təbrik edib, bugün tarixdə baş vermiş hadisələrə kiçik ekskurs etdi. İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) şərəfli həyatının sonlarında özündən sonra İslam ümmətinə, müsəlmanlara bir rəhbər təyin olunması məqsədilə sonuncu vida həccindən qayıdarkən “Xum” adlanan çöldə Həzrət Əlini rəhbər təyin etməsi, bunun o zamankı və sonrakı tarixdə göstərdiyi əks-səda və nəticələr barəsində geniş və təfərrüatlı şəkildə məlumat verdi.
A.Həbibov həmçinin, bu hadisənin bugünkü dünyada müsəlman cəmiyyətinin bir araya gəlməsi, problemlərinin həll olunması istiqamətində çox təsirli vasitə olduğunu da vurğuladı. Belə ki, Hz. Peyğəmbərin vəsiyyətlərini daim xatırlayaraq həyata keçirməyə çalışan müsəlmanların öz fərdi və ictimai həyatlarında çox böyük uğurlar əldə edəcəyini, əks təqdirdə isə münaqişələrlə qarşılaşıb tənəzzül edəcəyini tarixdən açıq-aşkar göründüyünü qeyd etdi.
İlahiyyatçı-alimin çıxışından sonra “Allahın aslanı” kinofilmindən seçilmiş epizodlar əsasında hazırlanan slayd nümayiş olundu. Daha sonra iştirakçılar arasında mövzu ilə əlaqədar viktorina və komanda oyunu keçirildi. Qaliblərə müxtəlif hədiyyələr verildi, xatirə şəkilləri çəkdirildi.
Bayram tədbirində həmçinin, Azərbaycanda qonaq olan Belçikalı alım, Gent universitetinin professoru, tədqiqatçı-alim Bruno de Kardiye də iştirak edirdi.






5 Noyabr, 2012  13:52 Baxılıb: 981 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner