Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hava haqqında

.

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperatur gecə 12-16°, gündüz 17-22° isti olacaq. Bakıda gecə 13-15°, gündüz 18-20° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 5-10°, gündüz 18-23° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 3-7°, gündüz 12-17° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 9-14°, gündüz 17-22° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 6-11°, gündüz 14-19° isti, dağlarda 2-6°, gündüz 7-11° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperaturun gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 11-16°, gündüz 18-23°, dağlarda gecə 5-10°, gündüz 11-16° isti olacağı gözlənilir.






5 Noyabr, 2012  11:53 Baxılıb: 948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner