Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sərxoş sürücülərə ağır cəza

Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunur.


Simsar.az xəbər verir ki, yeni dəyişikliklər yol-hərəkəti qaydaları pozanlarla bağlıdır. Belə ki, sürücülərlə bağlı sanksiyalar sərtləşdiriləcək və cərimələrin bir neçə dəfə artırılması nəzərdə tutulub.

Beləliklə, qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin boyun qaçırmasına görə, nəqliyyat vasitəsinin idarə edilməsi hüququ bir ildən iki ilədək müddətinə məhdudlaşdırılmaqla, üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitəsinin idarə edilməsi hüququ bir ildən iki ilədək müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunacaq.

Qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin boyun qaçırmasına görə beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirələr başa çatdıqdan sonra səsverməyə çıxarılaraq, qəbul olunub.






2 Noyabr, 2012  20:00 Baxılıb: 956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner