Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

KİV DF jurnalistlər arasında müsabiqə elan edib

.

Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) jurnalistlər arasında yazı müsabiqəsi elan edib.
Simsar.az-ın məlumatına görə, "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusundakı müsabiqənin məqsədi rayonun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Elanın verildiyi günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Yazılar elan edilmiş mövzuya uyğun olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız işlədikləri mətbuat orqanlarında, informasiya agentliklərində işləyənlərin yazıları isə son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbu orqanlarda dərc olunmalıdır.
Yazılarda "Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Müsabiqədə I yer üçün 1000, II yer üçün 800, III yer üçün 600 manat müəyyənləşdirilmişdir. Bundan əlavə, on müəllifin hər birinə 200 manat məbləğində həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulmuşdur.
Qaliblər, həmçinin Suraxanı Rayon İcra Hakimiyyətinin və KİVDF-nin xüsusi diplomu ilə təltif olunacaqlar.






1 Noyabr, 2012  21:51 Baxılıb: 1153 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner