Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AGTA Beynəlxalq Tərcüməçilər Federasiyasına müşahidəçi üzv qəbul olunub

.

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) Beynəlxalq Tərcüməçilər Federasiyasına müşahidəçi üzv qəbul olunub. Simsar.az-ın məlumatına görə, oktyabrın 30-da Federasiyanın Şurası yekdilliklə AGTA-nın bu təşkilata üzv qəbul edilməsinə səs verib. Nəticədə, AGTA 3 il müddətinə müşahidəçi üzv qəbul edilib.

AGTA-nın sədri İsmayıl Cəbrayılov bildirib ki, BTF-ə müşahidəçi üzvlük üçün bir neçə ay bundan əvvəl müraciət edilib: “Yeni yaranmış təşkilat kimi, BTF-ə müşahidəçi üzvlük üçün müraciət etdik. Müşahidəçi üzvlüyün müddəti 3 ildir. Bu müddət ərzində BTF və onun üzvləri təşkilatımızın strukturunun formalaşmasında köməklik göstərəcək, təcrübələrini bizimlə bölüşəcəklər. Təşkilatın peşəkar assosiasiya kimi formalaşması başa çatdıqdan sonra daimi üzvlük müraciət edəcəyik ki, məncə bu çox çəkməyəcək və 3 il gözləməyimizə ehtiyac qalmayacaq”.

Məlumat üçün bildirək ki, Beynəlxalq Tərcüməçilər Federasiyası bu gün 55 ölkədən yüzdən çox peşəkar assosiasiyanı özündə birləşdirməklə, 80 mindən yuxarı tərcüməçini təmsil edir. AGTA-nın BTF-ə qəbul olunması ilə Azərbaycan ilk dəfə bu təşkilatda təmsil olunmağa başlayıb.

İki yüzə yaxın peşəkar, həmçinin həvəskar tərcüməçiləri, tərcümə təhsili almaqda olan tələbələri bir araya gətirən AGTA 2011-ci il sentyabrın 30-da – Beynəlxalq Tərcüməçilər Günündə - bir qrup gənc tərcüməçi tərəfindən təsis edilib. Təşkilatın yaradılmasında məqsəd ölkədə fəaliyyət göstərən tərcüməçilər arasında kommunikasiya qurmaq, tərcümə sənəti haqqında düzgün ictimai rəy yaratmaq, gənc tərcüməçilərə dəstək olmaq, eləcə də mədəniyyətlərarası kommunikasiyanın imkanlarından istifadə etməklə ölkənin müxtəlif sahələrdə inkişafına töhfə verməkdir.


Fatimə Kərimli






1 Noyabr, 2012  17:12 Baxılıb: 1032 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner