Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Çörək müəssisələrində və sexlərində dəhşətli mənzərə - FOTOLAR

.

Bakı şəhərində fiziki şəxs Əsgər Nəcəfov, fiziki şəxs Rahilə Hacıyeva, Sumqayıt şəhərində fiziki şəxs Afaq Piriyeva, Şamaxı şəhərində fiziki şəxs Qahir Dəmirov, fiziki şəxs Tağı Cəfiyev, Şirvan şəhərində fiziki şəxs Ziya Əliyev, Lənkəran şəhərində fiziki şəxs Hikmət Hüseynova məxsus müəssisələrdə çörək istehsalı və satışı qadağan edilib. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Simsar.az-a verilən məlumata görə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Alatava 165/c ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsgər Nəcəfova məxsus müəssisədə çörək istehsalına dövlət nəzarəti aparılıb.
Araşdırma zamanı müəyyən olunub ki, istehsal olunan buğda unundan çörək məhsuluna müəyyən edilmiş qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan müəssisə fəaliyyət göstərir, istehsal olunan məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur, xammalların və hazır məhsulların saxlandığı anbar mövcud sanitar normalara cavab vermir. Bundan başqa müəssisədə istehsal olunan məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur, sınaqların aparılması üçün hər hansı laboratoriya ilə müqavilə bağlanmayıb. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2005-ci il tarixli, 154 nömrəli Qərarının (5.9-cu bənd) tələbinə ziddir. Məhsul istehsalında istismar olunan ölçmə vasitələri “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.
Faktla bağlı inzibati protokol tərtib edilmiş, müəssisə rəhbəri cərimələnmiş, “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Yeyinti məhsulları haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən fiziki şəxs Əsgər Nəcəfova, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 25/28 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rahilə Hacıyevaya, Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, 7,8, 12-ci məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Afaq Piriyevə, Şamaxı şəhəri, 41-ci məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Qahir Dəmirova, Sumqayıt Ərazi İdarəsi tərəfindən Şamaxı şəhəri, “Bənövşə” restoranının yanında fəaliyyət göstərən fiziki şəxs Tağı Cəfiyevə məxsus müəssisələrdə, Salyan Ərazi İdarəsi tərəfindən Şirvan şəhəri, T.İsmayılov küçəsində fəaliyyət göstərən fiziki şəxs Ziya Əliyevə və Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, 46-cı məhəllə ünvanında fiziki şəxs statusu ilə fəaliyyət göstərən Hikmət Hüseynova məxsus çörəkbişirmə sexlərində buğda unundan çörək istehsalı və satışı qadağan ediib.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq protokol tərtib edilmiş, müəssisə rəhbəri cərimələnmiş, fiziki şəxs Hikmət Hüseynova məxsus sexdə çörəyin istehsalı və satışı qadağan edilib.

 






31 Oktyabr, 2012  21:07 Baxılıb: 911 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner