Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Korifey sənətkar yad edildi

Xatirə gecəsində müğənnilər sənətkarın mahnılarını yeni versiyada ifa ediblər

“İRƏLİ” İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Bakı Caz Mərkəzində Azərbaycanın xalq artisti, korifey sənətkar Şövkət Ələkbərovanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. “İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd dahi sənətkarın xatirəsini yad etməklə yanaşı, Şövkət Ələkbərova yaradıcılığını bir daha gənc nəsilə çatdırmaqdır. Azərbaycan musiqi sənətində öz sözünü demiş böyük sənətkar Şövkət Ələkbərovanın ifa etdiyi mahnılar insanları sevməyə, həyata dəyər verməyə, Vətənə bağlılığa, səmimi olmağa səsləyir. Belə bir sənətkarın irsinin təbliği gənclərin musiqi zövqünün inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Gecədə estrada müğənniləri əməkdar artist Lalə Məmmədova, müğənnilər Zamiq Hüseynov, Elçin Cəfərov, Çingiz Mustafayev, Günay İbrahimli, Əfqan Quliyev və Bakı Musiqi Akademiyasının tələbələri sənətkarın mahnılarını yeni versiyada ifa ediblər.
Tədbirdə dövlət və özəl qurumların nümayəndələri, sənət adamları, media qurumları, QHT nümayəndələri, fəal gənclər iştirak ediblər.






31 Oktyabr, 2012  14:39 Baxılıb: 905 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner