Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İcra başçısından 40 min manatlıq hədiyyə

Əhəd Abıyev YAP-a maşın bağışlayıb

Bu gün Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi ilə bağlı tədbir keçirilib. 

Tədbiri rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev təşkil edib. Bu haqda musavat.com-a Ə.Abıyev məlumat verib: “300 nəfərlik məclisdə rayon ictimaiyyətinin nümayəndələri, Daşkəsənin rəhbər şəxsləri iştirak edirdi. O cümlədən, Bakıdan da qonaqlarımız vardı. Deputatlar Mübariz Qurbanlı və Mirkazım Kazımlı da YAP-ın 20 illik yubileyi ilə bağlı tədbirimizə qatılmışdılar”.

Ə.Abıyev dedi ki, partiyanın 20 illik yubileyi ilə bağlı YAP-ın Daşkəsən rayon təşkilatına ABŞ istehsalı olan CİP avtomobili bağışlayıb: “Son model, müasir maşındı. Özü də təzədi. Şəxsən öz hesabıma bu maşını alıb rayon təşkilatına bağışladım. Bu da mənim partiyamıza bir hədiyyəm olsun”. “Bu hədiyyənin alınması hansı ehtiyacdan doğdu” sualına isə Ə.Abıyev belə cavab verdi: “Allah ümummilli liderimiz Heydər Əliyevə rəhmət eləsin. Allah hazırkı prezidentimiz və partiyamızın sədri İlham Əliyevin canını sağ eləsin. Onların qurub yaratdığı partiya üçün mən də əlimdən gələni edirəm və etməliyəm”. YAP-a hədiyyə etdiyi maşının qiyməti ilə maraqlandıqda Əhəd Abıyev bildirdi ki, CİP-in qiyməti 40 min manatdır.






30 Oktyabr, 2012  21:40 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner