Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“İstiqlal” snayperimiz oğurluqdur?

Ermənistan hesab edir ki, snayperimiz Cənubi Afrika Respublikasına məxsusdu

Ermənistan dövləti Azərbaycanla bağlı növbəti dəfə qarayaxma kampaniyasına başlayıb. Ermənistanın Müdafiə Nazirliyi ölkəmizin istehsal etdiyi "İstiqlal" snayperinin Cənubi Afrika Respublikasının (CAR) istehsalı olduğunu iddia edərək bu məzmundə video-rolik hazırlayacağını açıqlayıb. Bu barədə ictimaiyyətə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arçurun Ovanissyan məlumat verib. Onun sözlərinə görə, guya Azərbaycanın ordu rəsmiləri "İstiqlal" snayperinin istehsalını CAR-dan oğurlayıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat katibi Arçurun Ovanissyan Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayperi barəsində danışarkən həmçinin bildirib ki, bu silahlar lisenziyası olmayan snayperlər hesab olunur. Bu səbəbdən rəsmi Bakı rahat şəkildə CAR-dan snayperin istehsal mexanizmini götürüb.


Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova "İstiqlal" snayperinin istehsalı və ideyasının Azərbaycana aid olduğunu deyib. “İstiqlal silahı bir neçə dəfə xarici ölkələrdə keçirilən silah sərgilərində Azərbaycan istehsalı etdiyi silah kimi təqdim edilib və bir çox ölkələrin marağına səbəb olub” , - deyə nazirlik rəsmisi bildirdi.

Məlumat üçün bildirək ki, "İstiqlal" (İST-14,5 Anti-Material Rifle) - Azərbaycan istehsalı olub, əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxem əsasında hazırlanmış irikalibrli snayper tüfəngdir. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir. Bu silahın əsas təyinatı rəqibi texniki və material vasitələrinin orta və uzaq məsafədən vurulmasıdır. 2008-ci ilin noyabr ayında Pakistanın Karaçi şəhərində keçirilən "İDEAS-2008" hərbi sərgisində nümayiş etdirilən "İstiqlal" sərgiyə qatılan bəzi dövlətlərin, o cümlədən Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin marağına səbəb olub. Snayper Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) İstanbulda keçirilən IX Beynəlxalq Müdafiə Sərgisində (İDEF) nümayiş etdirilib. Məlumatlara görə, Azərbaycanın stendində diqqəti daha çox İST-14,5 Anti-Material Rifle (İstiqlal) adlı snayper tüfəngi çəkib.






30 Oktyabr, 2012  14:11 Baxılıb: 1550 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner