Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Cənnət”də “cəhənnəm ab-havası”

Dövlət Komitəsi şadlıq evində yoxlama aparıb 

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 2404 ünvanında fəaliyyət göstərən "Cənnət-M" MMC-yə məxsus "Cənnət" şadlıq evində dövlət nəzarəti həyata keçirilib.

Komitənin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) standartlarının tələbləri pozularaq təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır, şadlıq evinin mətbəxi sanitar normalara cavab vermir, mətbəxdə işləyən işçilər yemək hazırlayarkən əlcək, papaq və maskalardan istifadə etmirlər, anbarda məhsulların saxlanma rejiminə riayət olunmur.

Anbara baxış zamanı 15 ədəd 3 litrlik balonlarda mənşəyi məlum olmayan, üzərində istehsal tarixi yazılmayan müxtəlif turşular (xiyar, zeytun, kələm) aşkar olunub. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında şadlıq evində hazırlanmış "paytaxt" salatı və "lülə kabab" üçün ət qiyməsindən götürülmüş nümunələrin sınaqları nəticəsində hər iki məhsulda bağırsaq çöpləri qrupundan olan bakteriyalar və "S.aureus" mikroorqanizmləri müəyyən olunub.

Faktla əlaqədar olaraq inzibati protokol tərtib edilərək cərimə edilib, "Cənnət-M" MMC-yə məxsus "Cənnət" şadlıq evində "paytaxt" salatının və "lülə kabab" üçün yarımfabrikat - "ət qiyməsi"nin hazırlanması və satışı qadağan edilib.






29 Oktyabr, 2012  21:33 Baxılıb: 861 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner