Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Texaslı konqresmenlər: “907-ci düzəliş ləğv olunsun!”

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında da mühüm rol oynayır”


Texaslı konqresmenlər Ted Po və Cen Qrin Nümayəndələr Palatasının spikerinə müraciət edərək Azərbaycana dövlət yardımını yasaqlayan “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin ləğvinə çağırıblar.
Müraciətdə deyilir ki, 20 il əvvəl prezident Buş (böyük) “Azadlığa dəstək aktı”nı imzalayıb: “Sənədə əsasən, keçmiş SSRİ respublikalarına demokratiya quruculuğuna görə vəsait ayrılır. Sonradan akta 907-ci düzəliş edilib. Düzəliş Azərbaycana yardımın göstərilməsini qadağan edir. Bu ölkə ABŞ-ın ciddi tərəfdaşıdır və 2001-ci ilin sentyabrından sonra Əfqanıstanda Qərb qoşunlarının təchizatı üçün öz hava məkanını açıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında da mühüm rol oynayır.
Ötən illər ərzində ABŞ administrasiyası bütün prezidentlərin dövründə bu düzəlişin ləğvini təklif edib. Konqres bu arxaik düzəlişi ləğv etməlidir. Amerika şirkətləri Azərbaycanın təbii resurslarından mənfəət əldə etdiyi, bu ölkənin əsgərləri beynəlxalq terrorizmə qarşı mübarizədə bizim əsgərlərlə yanaşı dayandığı halda müttəfiqimizə “izqoy ölkə” kimi yanaşmaq düzgün deyil. 907-ci düzəliş Amerikanın Xəzər regionundakı yaxın müttəfiqinə şillədir. Həmkarlarımızı bu düzəlişi mümkün qədər tez ləğv etməyə və dostumuz Azərbaycanı dəstəkləməyə çağırırıq”.
907-ci düzəliş 1992-ci ilin oktyabrında erməni lobbisinin təşəbbüsü ilə edilib. Düzəlişin mətnində deyilir ki, Qarabağ münaqişəsi nizamlanmayana kimi ABŞ Azərbaycana dövlət yardımı göstərməyəcək.






29 Oktyabr, 2012  20:44 Baxılıb: 1018 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner