Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Qurban bayramını ön cəbhədə əsgərlərlə qeyd etdi

Millət vəkili Qənirə Paşayeva Qurban bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirib.

Əsgərlər və zabitlər qarşısında çıxış edən millət vəkili onları Qurban bayramı münasibətilə təbrik edib. Xalqımızın ən əziz bayramlarından olan Qurban bayramını torpaqlarımızın işğal altında olması səbəbindən böyük sevinclə qeyd edə bilmədiyimizi qeyd edən millət vəkili Qənirə Paşayeva bildirib: “Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah gələn Qurban bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Şuşamızda və işğal altında olan digər gözəl bölgələrimizdə qeyd edək və qurbanlarımızı orada kəsək. Mən əminəm ki, biz bunu edəcəyik.”
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitlərimizi bayram münasibəti ilə təbrik edib. Daha sonra millət vəkili Qənirə Paşayeva və digər qonaqlar xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr veriblər. Millət vəkili Qənirə Paşayeva və digər qonaqlar Qurban bayramı münasibətilə hərbi hissəyə bayram sovqatı təqdim ediblər. Sonra hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.
Daha sonra millət vəkili Qənirə Paşayeva, Tovuz rayon icra başçısı Tofiq Zeynalov və digər qonaqlar əsgərlər ilə nahar edərək onlarla söhbət ediblər. Sonda tədbir bədii hissə və konsert proqramı ilə davam edib.






25 Oktyabr, 2012  23:39 Baxılıb: 1079 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner