Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Milli Məclisdə ağır cərimə tərəfdarlarının sayı artır

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclası başlayıb. 

Məlumata görə, komitənin iclasında 3 əsas məsələ müzakirəyə çıxarılıb. Belə ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna, Azərbaycan Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər üzakirə edilir.

Komitə sədri Əli Hüseynov deyib ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna əlavə və dəyişikliklərlə bağlı layihəni dəstəkləyir.

Daha sonra komitənin sədr müavini Rəfael Cəbrayılov layihəni əsaslandırıb. Deputat deyib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna dəyişiklik edilməsi barədə layihədə əsasən, 5-ci və 6-cı maddəyə dəyişiklik edilməsi nəzərdə tutulub.

O deyib ki, qanun 1998-cii ildə qəbul edilib və qanunların təkmilləşdirilməsi normal haldır.

Bundan başqa, o əlavə edib ki, təxminən 30 ölkənin, o cümlədən MDB ölkələrinin müvafiq qanunvericiliyi ilə tanış olub.

Deputat Azay Quliyev isə bildirib ki, burada söhbət ciddi yeniliklərdən getmir: "Onsuz da razılaşdırılmayan aksiyalara görə məsuliyyət var. Söhbət bu qanunun pozulması ilə bağlı məsuliyyətdən gedir. Mən düşünmürəm ki, bu qanun sərbəst toplaşmaq azadlığına ziddir. Əgər vətəndaş bu qaydalar çərçivəsində aksiya keçirəcəksə, keçirsin. Burada çağırış odur ki, vətəndaş daha çox məsuliyyətli olsun. Mən burada problem görmürəm”.

O əlavə edib ki, bu dəyişiklik ciddi tənqidə məruz qala bilməz: “Son zamanlar razılaşdıtılmayan piketlər, mitinqlər oldu. Məncə, bununla siyasi mübarizə aparmaq olmaz. Oktyabrın 20-də keçirilən razılaşdırılmayan mitinqi götürək. Yanlış rəy yaradılır ki, sərbəst toplaşmaq azadlığı pozulur və s. Təəssüflər olsun ki, xarici qurumlar da bunu qeyd edirlər. Əslində aksiyalar üçün müvafiq yerlər ayrılıb və həmin yerlərdən istifadə etmək lazımdır”.

“Təşəkkür edirəm ki, deputat həmkarımızın layihəsini müzakirəyə çıxarmısınız. Layihə ilə razı olmasam da, bu ənənənin davam etdirilməsini istəyirəm”. Bunu isə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

O, bildirib ki, son vaxtlar müşahidə etdikləri hüququ dövlət quruculuğuna uyğun gəlmir: “Biz döymə cinayəti ilə bağlı dəyişiklik etdik. Amma sanksiyaları sərtləşdirmədik. Bu o dövrdə oldu ki, məişət zorakılığı ilə bağlı kampaniyaya qatılmışdıq. Məişət zorakılığı isə döymə ilə müşahidə olunur. Bunun acı nəticəsini artıq yaşayırıq. Bir oğlan qızı döyür, başını qırxır. Sonra onu tutub aparırlar prokurorluğa. Prokurorluq isə açıb buraxır. Biz öz fəaliyyətimizə komitə olaraq yenidən baxmalıyıq. Rəfael müəllim bu layihəni o zaman hazırladı ki, Təhsil Nazirliyi qarşısında ekstremist aksiya oldu. Belə aksiyalar ildə bir-iki dəfə olur. Məncə, biz bu məsələdə bədxahlarımıza imkan verməmliyik ki, üstümüzə hücum çəksinlər".

Layihənin əleyhinə çıxan Q.Həsənquliyev əlavə edib ki, icra orqanları bu qanuna əməl etsə, belə problemlər ortaya çıxmaz və icazəsiz aksiyaları stimullaşdırmaz






23 Oktyabr, 2012  17:45 Baxılıb: 868 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner