Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qanunda abortla bağlı dəyişiklik olacaq


“Azərbaycanda cinsi qız olan uşaqların abort olunmasının qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik ediləcək”.

Simsar.az-ın xəbərinə görə, bunu Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib: “Hələ ki Azərbaycanda qadınların sayının kişilərin sayı ilə müqayisədə faizlə ciddi azalması halı yoxdur. Amma ümumilikdə bu problem var. Biz bu problemi hər zaman qaldırırıq. Hazırda Milli Məclisin Sosial Siyasət Komitəsi ilə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birlikdə yeni dövlət proqramı hazırlanır. Həmin məsələ hazırlanacaq proqrama da daxil ediləcək”.

H. Hüseynova MM-in payız sessiyasında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirə olunarkən komitə həmin problemlə bağlı tövsiyəsini verəcək: “Cinsi fərqliliyə gətirib çıxaran məsələyə mütləq baxılacaq. Məsələ qanunvericilikdə əks olunmalıdır. Onda biz biləcəyik ki, hələ doğulmayan qız uşaqları dövlət tərəfindən qorunur. Bu çox ciddi məslədir. Azərbaycan bir çox konvensiyalar, o cümlədən BMT-nin qadınlara qarşı diskriminasiyanın bütün hallarını aradan qaldırma konvensiyasına qoşulub və dörd ildən bir bununla bağlı hesabat verir. İki ilə biz yenə hesabat verəcəyik. Ona görə də istəyirik ki, o dövrə qədər bu problemi həll edək”.






23 Oktyabr, 2012  16:11 Baxılıb: 1120 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner