Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Ədəbi Nobel Antologiyası” oxuculara təqdim olunacaq - FOTO

.

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə çap olunmuş “Ədəbi Nobel antologiyası” sabah Nobel qardaşlarının Bakıdakı ev-muzeyi “Villa Petrolea”da ictimaiyyətə təqdim olunacaq. Bu barədə Simsar.az-a Qənirə Paşayevanın mətbuat xidmətindən məlumat verilib.

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşkil edəcəyi təqdimat mərasimində Nobel ailəsinin üzvləri, millət vəkilləri, tanınmış ziyalılar, ədəbi ictimaiyyətin və KİV-in təmsilçiləri iştirak edəcək.

Antologiyanı yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib edib. Antologiyanın redaktorları şair Nurafiz və yazıçı-publisist Əkbər Qoşalıdır.

“Qanun” Nəşrlər Evində çap olunmuş 816 səhifəlik antologiyada Nobel ödülünün təsis edilməsindən keçən 110 il ərzində bu mükafata layiq görülənlərin həyat və yaradıcılığı əks olunub.

Antologiyaya daxil edilmiş əsərlər ingilis, rus, ərəb, alman, ispan və başqa dillərdən çevirmiş, bir bölümü isə Türkiyə türkcəsindən uyğunlaşdırılmışdır. Henrix Senkeviçdən (1905) Mario Varqas Lyosaya (2010) qədər Nobel ödülünü almış 67 ünlü yazıçının yaradıcılığından örnəklər, Xalq Yazıçısı Elçinin, mərhum Natiq Səfərovun, Vilayət Hacıyevin, Fərhad Əliyevin, prof.Cəlil Nağıyevin, Nəriman Əbdülrəhmanlının, Mahir Qarayevin, Azad Yaşarın, Ramiz Abbaslının, Aslan Quliyevin, Nərgiz Cabbarlının, Akif Əliyevin, Həmzəli İlyasın, şəhid şair Ülvi Bünyadzadənin, Svetlana Quliyevann, Ülkər Nəsibbəylinin, Günel Ramazanqızının tərcüməsində Azərbaycan oxucusuna çat¬dırılır. Gələcəkdə antologiyanın ikinci – poeziya örnəkləri toplanmış cildinin də nəşri nəzərdə tutulur.

Xatirə






22 Oktyabr, 2012  19:52 Baxılıb: 956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner