Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva TBMM-nin sədr müavini Mehmet Sağlam ilə görüşüb

.

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva TÜRKPA-nın "Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu" mövzusunda İstanbulda keçirdiyi beynəlxalq forum çərçivəsində Türkiyə Böyük Millət Məclisi (TBMM) başqanının müavini Mehmet Sağlam ilə görüşüb. Bu barədə Simsar.az-a deputatın mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri, bu münasibətlər sistemində hər iki ölkə parlamentarilərinin üzərinə düşən və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Türkiyə parlamentinin sədr müavini Mehmet Sağlam bildirib ki, Milli Məclis ilə əməkdaşlıq yüksək səviyyədədir. Türkiyənin daim Azərbaycanın yanında olduğunu və olacağını vurğulayan Mehmet Sağlam ölkələrimizin bir-birinə dəstəyinin bundan sonra da davam edəcəyini vurğulayıb. O, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini vurğulayıb.
Qənirə Paşayeva “Azərbaycan və Türkiyə Avrasiya məkanının, bölgənin getdikcə böyüyən gücləridir və Azərbaycan hər zaman qardaş Türkiyənin güclənməsinə və uğurlarına sevinir” – deyib.
Xatirə






18 Oktyabr, 2012  18:17 Baxılıb: 1012 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner