Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Allahşükür Paşazadə “Vətən övladı” medalına layiq görüldü

.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Dədə Qorqud” Milli Xeyriyyəçilik Fondunun prezidenti Eldar İsmayılovu qəbul edib. Eldar İsmayılov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə Şeyxülislam həzrətlərinə məlumat verib. QMİ-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Eldar İsmayılov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin İslam dininin təbliğindəki xidmətlərini, regionda və bütün dünyada sülhün qorunması yolunda göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib. 

Eldar İsmayılov bildirib ki, “Dədə Qorqud” Milli Xeyriyyəçilik Fondu milli özünüdərkin təbliğində fərqlənən, Vətənə, xalqa müstəsna xidmətləri ilə seçilən şəxsləri “Vətən övladı” qızıl medalı ilə təltif edir. Fondun İdarə heyətinin qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu il həmin mükafata layiq görülüb. Fondun rəhbəri “Vətən övladı” qızıl medalını Şeyxülislam həzrətlərinə təqdim edib.
Şeyxülislam Allahşükür Paşazadə mükafata görə təşəkkürünü bildirib, fonda gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Xatırladaq ki, “Vətən övladı” qızıl medalına layiq görülənlər arasında görkəmli tarixçi, ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, Ukraynanın sabiq prezidenti Leonid Kuçma kimi tanınmış şəxslər var. Qafqaz Müsəlmanları İdarəsinin sədri bu medala layiq görülən ilk din xadimidir.






18 Oktyabr, 2012  15:13 Baxılıb: 954 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner